AXTARIŞ

ONU KƏŞF ET

Biorevitalizasiya

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Biorevitalizasiya

Biorevitalizasiya haqqında geniş məlumat. Əvvəlcə biorevitalizasiyanın nə olduğunu sizə çatdırmaq istəyirik. Biorevitalizasiya – dərinin altına hialuronik turşunun yeridilməsi prosesidir. Prosedurdan qabaq kosmetoloq dərinizə ağrıkəsici krem sürtür və 15-20 dəqiqədən sonra prosedura başlayır. Prosedurdan sonra iynə batırılan nahiyələrdə kiçik şişlər və qızartılar müşahidə olunur. Onlar 2-3 gün ərzində yox olurlar. Adətən tam kurs 1-3 həftə interval ilə 2-3 prosedurdan ibarət olur. Mif 1. Biorevitalizasiya qırışları yox edir. Prosedurun sonunda hialuronik turşunun dərinizin altına yeridilməsindən sonra dərinizin təravətli və bəslənmiş, dəri rənginizin isə normaya qayıtdığını görəcəksiniz. Biorevitalizasiyadan sonra qırışların tam itməsini, dərinin dartılmasını, burundaki çopurların itməsini və çənənin altındaki dəri sallanmasının aradan qalxmasını gözləməyin. Bunun uçün başqa üsullar mövcuddur. Hialuronik turşunun qırışların müəyyən qədər itməsində rolu olar bilər, ancaq tam itirməsi mümkün deyil, o, sadəcə dəridəki mübadilə prosesini sürətləndirir və dərinin hialuronik turşu istehsal etməsinə kömək edir. Mif 2. Biorevitalizasiya asılılıq yaradır. Hialuronik turşu dəriyə yeridildiyi zaman tamamilə dəriyə hopmaq xüsusiyyəti var. Biorevitalizasiyanın effektinin sürmə müddəti həyat tərzindən, günəş şüalarını qəbulundan və təyyarə uçuşlarının sayından asılı olaraq, yarım ildən bir ilə qədər davam edə bilər. “Hialuron” dəridən tədricən xaric olmağa başlayır, təbii ki, dəri də əvvəlki formasına tədricən qayıtmağa başlayır. Prosedura asılılıq yaratmır, onun effekti sizin xoşunuza gələndən sonra növbəti dəfə proseduraya getmək istəyəcəksiniz. Mif 3. Biorevitalizasiya prosedurunu cavan (25 yaş) yaşlarında etməyə dəyməz, 35 yaşdan sonra isə effektli olmur. Hər şey tamamilə pasientin dərisinin vəziyyətindən asılıdır. Əgər göstəricilər imkan verirsə, proseduru hətta 18 yaşda belə etmək olar(İlk növbədə dəri səthinin kəskin quru olması). Əsasən bu prosesi 30 yaşa yaxınlaşdıqda, qocalığın ilk əlamətləri olanda və dəridə qırışların yaranmasını gördükdə edirlər. 50-55 yaşlarında biorevitalizasiya dərinizin xarici görünüşündə dəyişiklik yaratmır, lakin dərinizin təravətli olmasına kömək edir. Əsasən bu hal xırda qırışlar yaradan, qocalıq tipində müşahidə olunur. Mif 4. Biorevitalizasiya ilə botoksu birləşdirmək düzgün deyil. Hialuronik turşu və digər botulotoksin ( botoks, disport, kseomin ) tərkibli preparatların yeridilməsi prosesi dərinin müxtəlif dərinliklərində baş verir – biorevitalizasiya prosesi daha səthi prosesdir və daha üstdə baş verir. Bu səbəblə, bir-birilərinin effektinə təsir etmir deyə, bu prosedurları birləşdirmək olar. Biorevitalizasiya digər aparat metodları ilə istifadəsində kankret hallar üçün məsləhət almaq düzgün olar, məsələn, mikrodalğalı aparatlar ilə baş verən proseduralar “hialuron”u dəriyə daha tez hopmasına kömək edir, masaj prosedurları isə biorevitalizasiyanın effektinə təsir etmir. Mİf 5. Biorevitalizasiya hamilə və zahı qadınlar üçün təhlükəsizdir. İstənilən inyeksiyalı proseduralar hamiləliyə ziddir. Bu dövrdə ağrı həddində və hormonal dəyişiklər olduğuna görə prosedurların nəticələri gözlənilməz ola bilər.