AXTARIŞ

ONU KƏŞF ET

Botoks

ANA SƏHİFƏ / Kosmetoloji prosedurlar / Botoks

Botoks etməzdən əvvəl mütləq bu 5 amili nəzərə alın. 1. Bu ucuz bir prosedur deyil. Botoks preparatının ölçü vahidi ədəddir (əd). 1 əd 1ml-ə bərabər deyil! Bu cəmi 3*107 molekuldur. Daha dəqiq desək, 20 əd botoks 0.2 ml-ə bərabərdir. Bir ədəd botoks preparatı 150 manat təşkil edir və sizə “super aksiya” adı ilə daha ucuzun təklif edirlərsə, daha ehtiyatlı davranıb qərar verin. Söhbət saxta preparatlardan, savadsız həkimdən və istifadə müddəti keçmiş preparatlardan gedir. Diqqətli olmağınız xahiş olunur. 2. Proseduradan sonra göyərtilər və şişlər əmələ gələ bilər. Bu əslində normal haldır, hətta yüngül fəsad kimi qəbul olunur. Əgər prosedura menstruasiya dövrünə düşürsə və ya qan duruldan həblər qəbul edirsinizsə, o zaman iynə batırılan nahiyənin ətrafında qızartılar və şiş normaldır. Mütləq həkiminizə hansı dərmanları qəbul etdiyinizi, menstruasiya dövrünü deyin və çalışın prosedurdan sonra 2-3 gün ərzində təntənəli ziyafətlərdə iştirak etməyin. 3. Nəticəni 2 həftədən sonra müşahidə edəcəksiniz. Bir neçə gündən sonra qırışların itəcəyinə sizi inandırmaq istəyən “peşəkarlara” inanmayın və 5-7 gün ərzində dərinizdə heç bir dəyişiklik görmədikdə narahat olmayın. Bu normaldır! Preparat sizin əzələnizdə tam dirçəlməlidir. Adətən ilk dəyişikliklər 5-6 gün ərzində büruzə verməyə başlayır, bəzi hallarda isə daha gec. Prosedurun effektli olduğunu yalnız 14 gün keçdikdən sonra söyləyə bilərsiniz. Əlbəttə ki, sizin həyat tərzinizdən çox şey asılıdır. Proseduradan sonra siz qaşqabaqlı halda olsanız, demək ki, preparat sürətlə effektini artırır və lazımlı bölgələrdə təsir etməyə başlayır. İlk həftələrdə sauna və hamama getmək haqqında düşünməyin, ağır fiziki işlər görməyə cəhd etməyin. 4. Effektin neçə müddət davam edəcəyini heç kəs bilmir. Şanslı insanlarda botoks 1 il qalır. Bəzilərində isə dəri botoksu götürmür. Bunu ancaq təcrübə əsasında yoxlaya bilərsiniz, onu əvvəlcədən nə həkim deyə bilər sizə, nə də sizdən asılı olan bir şeydir. 5. Əgər nəticədən narazısınızsa, botoksu ləğv edə bilərsiniz. Təbii ki, bir gün ərzində bu mümkün deyil, lakin müəyyən preparatlar qəbul etməklə botoksdan qurtula bilərsiniz. Bu haqda həkiminizlə danışın. Əgər siz prosedurun uğursuz olduğunu düşünürsünüzsə, botoksun yoxa çıxmasını gözləməyə ehtiyac yoxdu, qurtulma prosesini sürətləndirib, 1 ay ərzində qurtula bilərsiniz.