AXTARIŞ

ONU KƏŞF ET

Saça qulluq

ANA SƏHİFƏ / Saç studiyası / Saça qulluq

İdeal saçlar hər kəsin arzusudur. Sağlam və gözəl buruqlar - fərqli vasitələrin istifadəsilə diqqətli baxımın nəticəsidir. Yalnız müntəzəm və ən əsası düzgün saç baxımından sonra gözəl və sağlam saçlara nail ola bilərsiniz. Saçlarınızın baxımı üçün, onları gözəllik salonundaki professionallara etibar etsəniz, daha tez bir müddətdə daha effektiv nəticə əldə edəcəksiniz. Salon baxımı aşağıdakı hallar üçündür: - Saxta maddələrin verdiyi zərərin və doğru təsir göstərməyən vasitələrin nəticəsində korlanan quru və kobud saçlar. - Parlaqlığın itməsi və cansız görünən saçlar. - Saçların düzləşməsində çətinliyin yaranması. - Quruluq və başınızın dərisində codluğun yaranması. Bu hal qan dövranının pozulmasına və saçlarınızın tökülməsinə səbəb ola bilər. - Saçlarınızın gec uzanması və töküməsi. Salonumuzda professionallar tərəfindən aparılan müntəzəm baxımın müsbət nəticələri ola bilər: - Tez-tez düzləşdirici vasitələrdən istifadə edirsinizsə - Saçlarınız termik çətinliklərə məruz qalarsa ( fen və ya digər vasitələrdən istifadə etdikdə, qışda və ya yayda baş geyimindən istifadə etmədikdə, yayda başınızın dərisi günəş şüalarına məruz qalır, qışda isə soyuqdəymə olur) - Əgər irsi saçtökülmə olarsa - Əgər zərərli vərdişləriniz varsa və ya tez-tez stres yaşayırsınızsa - Əgər az kalorili pəhriz saxlayırsınızsa. Saç bərpasının əks təsiri yoxdur. Bunun izahı çox sadədir: müasir vasitələr hər saç tipinə müvafiq olduğundan seçimi düz etmək şərtdir.