AXTARIŞ

Oktyabr - Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır

HOME / Məsləhətlər / Oktyabr - Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır

Məsləhətlər 2020-10-27 / BY BEAUTTECH

Oktyabr - Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır

Süd vəzi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox yavaş inkişaf edir. Bir hüceyrənin idarədən çıxaraq 1sm3 böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu səbəbdən illik mütəmadi müayinələr erkən diaqnoz və müalicə deməkdir.

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidir:

Ələ gələn kütlə:

Süd vəzi xərçəngində ən tez-tez rastlanan simptom ələ gələn kütlədir. İlk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. İçi maye ilə dolu olan kistalar xərçəng deyil və təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər müayinə edilməli və ya biopsiya vasitəsi ilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzi ucu axıntısı:

Süd vəzisinin axıntısı süd vəzi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün

süd vəzilərinin sıxılması doğru deyil. Axıntı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda, süd kanallarının xəstəliklərində də rast gəlinir.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması:

Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: Birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çIxan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi xərçəngin simptomu sayılır.

Dəridəki simptomlar:

Bəzən süd vəzi xərçəngi dəridə bəzi simptomlar əmələ gətirir. Süd vəzisinin üzərində uzun müddət yox olmayan qızartı, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə getmək lazımdır.

Süd vəzi xərçəngində vacib məqam yuxarıdakı simptomlar ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

TAGS: qulluq