AXTARIŞ

Şahzadə bağlı qapı arxasında: karantin vaxtı özümüzə necə qulluq edək

HOME / Məsləhətlər / Şahzadə bağlı qapı arxasında: karantin vaxtı özümüzə necə qulluq edək

Məsləhətlər 2020-04-29 / BY BEAUTTECH

Şahzadə bağlı qapı arxasında: karantin vaxtı özümüzə necə qulluq edək

Karantin zamanı evdə hazırlanan epilyasiyadan və ya Instagram bloggerləri kimi saçımızı ev şəraitində vurmağı öyrənə bilərik. İdman zalları açıq olmadığı üçün evdə xüsusi üsullarla bədən formanızı saxlaya bilərik. Əvvəllər vaxt tapıb oxuya bilmədiyimiz gözəllik haqqında kitabları oxuya və ya film və seriallara baxa bilərik. Hətta stressdən qurtulmaq üçün onlayn meditasiya ilə məşğul ola bilərik. Hətta kontrast duş qəbulu, istədiyiniz kimi pəhriz saxlamaya bilərsiniz. Qarderobunuzda qış paltarlarınızı yığışdırıb, yaz/yay paltarlarınızı yerləşdirə bilərsiniz. Evdə darıxmamaq üçün iş çoxdur. Ən əsası özünüzü stresə salıb deprosyona girməyəsiniz.

Bugün sizinlə evdə özünüzə qulluq barədə bəzi məsləhətlərlə bölüşəcəyik. 

Saçlar
Hal-hazırda Instagram sosial şəbəkəsində belə deyim dolaşır ki, “Karantin vaxtı hər kəsin həqiqi saç rəngini görəcəyik”. Saç dibini evdə də rəngləmək olar.  Bunun üçün mağazadan və onlayn olaraq saç boyası sifaris etmək kifayətdir. Qutudakı təlimata baxaraq rahat şəkildə saçlarınızın dibini rəngləyə bilərsiniz. 

Lakin bundan əlavə karantin vaxtı saçlarınıza bundan öncə vaxt qıtlığından edə bilmədiyiniz maskaları və qulluğu etmək imkanınız var. Saç üçün müxtəlif ampulalar və maskaların əsl

vaxtıdır.

Üz
Karantin vaxtı make-up-dan az və ya heç istifadə etmədiyinizə görə qulluq etmək üçün əsl fürsətdir. Təmizləmə, nəmləndirmə, dəri tipinə uyğun qulluq – bunların hamısını bolluca vaxtınız var. 

Qaşlar
Qaşları uzatmaq üçün bundan ideal zaman ola bilməz. Karantin bitdikdən sonra qaş ustanız rahat olaraq istədiyiniz formada qaşınızı edə biləcək. 

Manikür
Gel dırnaq boyasını dırnağınızdan necə çıxarmaq lazım olduğunu artıq yazmışıq. Karantin vaxtı çalışın dırnaqlarınızı qısa və boyası saxlayın. Bu sizin dırnaqlarına yeni nəfəs verəcək. Lakin əllərinizi hər yuduqdan sonra əl kremi və gecə yatmadan öncə kitukula qarşı yağ çəkməyi unutmayın. 

Maskalar
Karantin vaxtı maskaları düzgün və istədiyiniz zaman etmək üçün ideal vaxtdır. Göz altına patçilər, saç maskaları, üz maskaları, ayaqlarınız üçün müxtəlif maskalar. Üzünüzdə olan qara nöqtələrə qarşı maskalardan tutmuş, üz quruluğuna qədər olan maskalar. Belə fürsəti qaçırmaq olmaz. 

Bədən baxımı
Limfodrenaj massaj, quru şetka ilə massaj, bədən skrablar və hətta avtozaqar kremləri. Bunların da üstünə evdə fiziki məşqləri də gəlsək, karantindən sonra işə çıxanda gümrahlığınızı sizə ikiqat həzz gətirəcək. 

TAGS: baxım